U-16 komandamız Portuqaliyada ruslara uduzdu

U-16 komandamız Portuqaliyada ruslara uduzdu

On altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə Rusiya komandası ilə qarşılaşıb. Qarşılaşma 1:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə başa çatıb.

Yığmamız turnir çərçivəsində növbəti oyununda Portu regionunun yığması ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə