"Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edərək, "İnter"lə Topaz Premyer Liqasının XXVII turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib. Buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir. SİA-nın məlumatına görə, PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 apreldən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da "Bakcell Arena"da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB