Yaşar Doğunun xatirə turnirində ilk gün 2 bürünc medal

Yaşar Doğunun xatirə turnirində ilk gün 2 bürünc medal

Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan güləş üzrə sayca 43-cü beynəlxalq turnir keçirilir. SİA-nın məlumatına görə, turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edir.
Məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında turnirdə mübarizə aparan güləşçilərimiz yarışların ilk günü 2 bürünc medal qazanıblar. Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Turnir bu gün 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanların mübarizəsi ilə davam edəcək. Güləşçilərimizdən Cəlal Süleymanov, Ruhlan Məmmədov (hər ikisi 61 kq), Hacımurad Ömərov (70 kq) və Aleksandr Qostiyev (86 kq) turnirin mükafatçıları sırasına düşməyə çalışacaq.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə