Gimnastımız “World Challenge Cup”da qızıl medal qazandı FOTOLAR

Gimnastımız “World Challenge Cup”da qızıl medal qazandı FOTOLAR

İdman gimnastikası üzrə "World Challenge Cup" turnirinin növbəti mərhələsində Azərbaycan gimnastı Oleq Stepko qızıl medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasının məthbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qatarın paytaxtı Dohada keçirilən yarışda gimnastımız rəqiblərini üstələyərək parallel qollarda birinci yerə layiq görülüb. Bu kateqoriyada gümüş medal Kolumbiyadan olan iştirakçıya nəsib olub. Rumıniya gimnastı isə 3-cü yerə çıxıb.

Qeyd edək ki, bu, belə yarışda qazandığımız ilk qızıl medaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə