Avro-2016-nın seçmə mərhələsində baş tutmuş Azərbaycan - Malta oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransı keçirilib. SİA baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:
Pietro Godhin (Malta millisinin baş məşqçisi): "Futbol riyaziyyat deyil. Bu oyunda qələbə də, məğlubiyyət də var. 2 top fərqi ilə uduzduq. Amma biz məğlubiyyətə layiq deyildik. Öz səhvlərimiz ucbatından uduzduq. Azarkeşlərin də rəqibə köməyi oldu. Birinci hissədə yaxşı oynamadıq, erkən qol buraxdıq. Sistemimizi tapa bilməmişdik. Boşluqlar ver idi. Fasilədən sonra yaxşı oynadıq. Hakimliklə bağlı müsbət fikirdəyəm, hər hansı başqa bir söz deyə bilmərəm".
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): "Oyundan narazı qaldım. Bəzi məqamlarda istədiyim oyunu nümayiş etdirə bilmədik. Amma komanda əlindən gələni etdi. Bundan da yaxşı oynaya bilərik. Futbolçuların potensialı bundan da yaxşı oynamağa imkan verir. Oyundan öncə qarşılaşmanın çətin olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Futbolda hər şey mümkündür. Rəqib bərabərlik qolu vurub, hesabda önə də keçə bilərdi. Hər bir məşqçinin B planı var. Sirlərimi tam açmaq istəmirəm. Qarşıdan oyunlarımız gəlir. Bundan sonra motivasiya daha yüksək olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB