"Avro-2016"da ilk qələbə

Bu gün "Avro-2016"nın seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilib. Azərbaycan milli komandası da növbəti matçına çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma meydanda Malta ilə qarşılaşıb. Bu görüşdə millimiz rəqibini 2:0 hesab ilə məğlub edib. Bununla da milli komandamız "Avro-2016"nın seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Bu matç millimizin baş məşqçisi R.Prosineçki üçün də əlamətdar olub. Onun millimizdə debütü uğurlu alınıb.

Qeyd edək ki, Malta üzərində qələbə ilə millimiz turnir cədvəlində sonuncu pillədən qurtulub və dördüncü pilləyə yüksəlib.

28 mart

"Avro-2016"nın seçmə mərhələsi

H qrupu

21:00. Azərbaycan – Malta - 2:0

Qollar: Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)

Hakimlər: Halis Özkahya, Cem Satman, Ekrem Kan

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 17. Vüqar Nadirov, 20. Namiq Ələsgərov

Malta: 1. Hoqq, 2. Karuana, 3. Bezzina, 4. Borq, 5. Aqius, 17, R.Kamilleri, 8. Briffa (k), 11. R.Muskat, 16. Fenekh, 13. Şembri, 19. Effionq

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Xorvatiya

5

4

1

0

15:2

13

2.

İtaliya

4

3

1

0

6:2

10

3.

Norveç

5

3

0

2

7:8

9

4.

Bolqarıstan

4

1

1

2

4:5

4

5.

Azərbaycan

5

1

0

4

4:11

3

6.

Malta

5

0

1

4

1:9

1

Bütün xəbərlər Facebook səhifəmizdə