Malta millisinin heyəti bəlli oldu

Malta millisinin heyəti bəlli oldu

Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsində martın 28-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Malta yığmasının heyəti açıqlanıb.

SİA-nın məlumatına görə, ki, heyətdə qapıçılar Yustin Haber ("Birkirkara"), Henri Bonelyo ("Hibernians"), Endryu Hoq ("Kalloni") və Qlen Zammit ("Sliema"), müdafiəçilər Andre Agius, Kleyton Failla (hər ikisi – "Hibernians"), Stiv Bezzina ("Balzan"), Stiv Borq, Conatan Karuana, Rayan Kamilleri (hamısı – "Valletta"), Yurgen Pisani ("Pieta"), Rayan Kamenzuli və Zak Muskat ("Birkirkara"), yarımmüdafiəçilər Konor Borq, Stiv Pisani (hər ikisi – "Floriana"), Roderik Briffa, Rayan Fenek (hər ikisi – "Valletta"), Pol Fenek, Rouen Muskat (hər ikisi – "Birkirkara"), Mark Scerri ("Sliema") və Byorn Kristensen ("Hibernians"), hücumçular Endryu Kohen, Jan Pol Farruqia, Josef Mbonq (hamısı – "Hibernians"), Alfred Effionq ("Qormi") və Andre Şembri ("Omoniya", Kipr) yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə