Fransada hər il keçirilən bədii gimnastika üzrə ənənəvi "Qran-Pri" yarışı və beynəlxalq turnir yekunlaşıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmsilçimiz Marina Durunda Tiye şəhərində təşkil olunmuş yarışda 3 medal qazanıb. O, gürzlərlə hərəkətələrə görə qızıl, lentlə hərəkətlərə görə gümüş və halqa ilə çıxışına görə bürünc medala layiq görülüb. Daha bir bürünc medalı isə böyüklərdən ibarət qrup komandasının ikinci heyəti "6 gürz - 2 halqa ilə" kompozisiya ilə çıxışlarının nəticələrinə əsasən qazanıblar.
Fransanın digər şəhəri Kaledə isə gimnastımız Jalə Piriyeva yeniyetmələr arasında çoxnövçülükdə, iplə və gürzlərlə hərəkətlərə görə üç gümüş medal, həmçinin halqa ilə hərəkətlərə görə qızıl medal əldə edib. Digər gimnastımız topla çıxışına görə gümüş medal qazanıb. İdmançılarımız komanda hesabında da birinci yeri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB