Niderlandın Alsmer şəhərində keçirilən gimnastika üzrə "Flower Cup 2015" adlı beynəlxalq yarışın nəticələrinə əsasən, Azərbaycan batutçuları Oleq Piunov və İlya Qrişunin 10 ən yaxşı gimnastların sırasına daxil olublar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qrişunin 6-cı, onun komanda yoldaşı Piunov isə 8-ci yerdə qərarlaşıb. Bu kateqoriyada ümumilikdə 42 iştirakçı mübarizə aparıb. Havada uçuş müddətinə görə hakimlərdən ən yüksək xal alan Oleq Piunov yarışın xüsusi mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB