Serbiya millisinə məğlub olduq

Serbiya millisinə məğlub olduq

On yeddi yaşınadək futbolçulardan ibarət komandalar (U-17) arasında Avropa çempionatının elit-raund mərhələsinin Bakıda təşkil olunan ikinci qrupunun oyunları yekunlaşıb. Turnirin üçüncü turu çərçivəsində "Bakı" klubunun təlim-məşq bazasının stadionunda Xorvatiya və Portuqaliya milliləri qarşılaşıblar. Oyun 1:0 hesabı ilə xorvatiyalı futbolçuların xeyrinə başa çatıb.

"Bakcell Arena"da isə Azərbaycan və Serbiya yığmaları qarşılaşıb. Serbiya komandası 4:0 hesabı ilə qələbə qazanıb.

Xorvatiya millisi 9 xalla qrup mərhələsini birinci pillədə başa vurub. Portuqaliya və Serbiya komandaları 4 xalla müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər. Heç bir xal qazana bilməyən Azərbaycanın U-17 komandası sonuncu yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə