Cüdoçularımız üç medal qazanıb

Cüdoçularımız üç medal qazanıb

Cüdo üzrə Azərbaycan milli komandası Tbilisidə beynəlxalq Qran-pri yarışlarında üç medal qazanıb. Turnirdə cüdoçularımızdan Rüstəm Orucov (73 kq), Elmaq Qasımov (100 kq) qızıl, Tərlan Kərimov (66 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan millisi ümumi komanda hesabında üçüncü olub. Turnirdə Gürcüstan yığması qalib gəlib. Monqolustan komandası ikinci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə