"Böyük mükafat" kimin olacaq?

20-22 mart tarixlərində Tiflisdə cüdoçular arasında "Böyük mükafat " Qran- pri turniri keçirilir. SİA-nın məlumatına görə, Çexiyanın Nimburq şəhərində beynəlxalq təlim-məşq toplanışını başa vuran millimiz oradan Gürcüstanın paytaxtına yollanıb. Məşqçilər korpusu Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarına lisenziya xalıqazandıran qran-pri turnirində 13 idmançımıza şans verilib. Bunlar Orxan Səfərov, Mehman Sadıqov (hər ikisi – 60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (73 kq), Rüstəm Alimli, Abdulhaq Rəsullu (81 kq), Ramin Qurbanov, Tural Safquluyev (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauridir.

Bütün xəbərlər Facebook səhifəmizdə