Futbol üzrə Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb. Martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərindəki mənzil-qərargahında püşkatma mərasimi olub.
Püşkatmanın nəticəsinə görə "PSJ" (Fransa) – "Barselona" (İspaniya), "Atletiko Madrid"-"Real Madrid" (hər ikisi İspaniya), "Portu" (Portuqaliya) – "Bavariya" (Almaniya), "Yuventus" (İtaliya) – "Monako" (Fransa) komandaları qarşılaşacaq.
İlk oyunlar aprelin 14-15-də, cavab matçları isə aprelin 21-22-də keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşması iyunun 6-da Almaniyanın paytaxtı Berlində reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB