Bu gün Olimpiya Güləş Mərkəzində güləş yarışlarını idarə edən milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib. SİA-nın məlumatına görə, seminarın keçirilməsi Dünya Güləş Birliyinin (DGB) yarış idarə etmə təcrübəsi, yarışların DGB qaydalarına uyğun keçirilməsi və görüşlərin idarə edilməsində hakimlərin təlimatlandırılması məqsədi daşıyıb.
Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyası tərəfindən aparılan seminarda DGB-nin təqvim planı üzrə keçirilən son yarışlardan videogörüntülər izlənilib, mübahisəli məqamlar üzərində fikir mübadiləsi aparılıb, güləş qaydaları və tətbiq olunan yeniliklər izah edilib, nəzəri və praktiki biliklər paylaşılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB