U-19 "Fortuna"ya məğlub olub

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, yığmamız Düsseldorf şəhərini təmsil edən "Fortuna" komandasının əvəzedici heyəti ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə Almaniya klubunun xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə