Bu gün Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Onlar bayram şənliyində nümayiş etdirilən "Bakı-2015" I Avropa Oyunları ilə bağlı təqdimata baxaraq, müxtəlif növlər üzrə idmançıların çıxışlarını izləyiblər.
Təqdimat mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri də olublar. Federasiyanın təqdimatı şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Bakı-2015 ilk Avropa Oyunlarının proqramına velosiped idmanının şosse, BMX və MTB növləri daxildir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB