İntizam Komitəsi klubları cərimələdi

İntizam Komitəsi klubları cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

13 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/4 final AZAL – "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

13 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/4 final "Simurq" – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

18 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXVI turunun "Bakı" – "Simurq" matçında "Bakı" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun fasiləsi zamanı "Bakı" klubunun məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunur (maddə 38.6) (maddə 38.8).

12 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun "İnter" – "Qəbələ" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

17 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun "Bakı" – "Simurq" matçında "Simurq" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Oyunun 78-ci dəqiqəsində "Bakı" klubunun 29 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur(maddə 48).

17 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIX turunun "Neftçala" – "Ağsu" matçında "Ağsu" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

17 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIX turunun "Şahdağ" – "Kəpəz" matçında "Şahdağ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

16 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIX turunun "Rəvan" – "Bakılı" matçında 78-ci dəqiqəsində "Bakılı" klubunun 5 №-li futbolçusu Nahid Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

17 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIX turunun "Turan-Tovuz" – "Şəmkir" matçında "Turan-Tovuz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 68-ci dəqiqəsində "Şəmkir" klubunun 10 №-li futbolçusu Orxan Müzəffərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyun başa çatdıqdan sonra "Şəmkir" klubunun həkimi Abdulla Sadıqov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 81).

4 mart 2015-ci il U-19 Liqasının AZAL – "Bakı" matçında AZAL komandasının heyətində 9 №-li futbolçusu Murad Quluzadə turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 98).

16 mart 2015-ci il U-17 Liqasının "Xəzər Lənkəran" – "Qəbələ" matçının 70-ci dəqiqəsində "Qəbələ" klubunun 3 №-li futbolçusu Əhməd Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyun başa çatdıqdan sonra "Xəzər Lənkəran" klubunun 87 №-li futbolçusu Məhəmməd Əsədov hakimə qarşı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə almasına görə 5 oyun cəzalanır (maddə 38.5).

16 mart 2015-ci il U-17 Liqasının AZAL – "Qarabağ" matçının 86-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Elçin Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

12 mart 2015-ci il U-16 Liqasının "Simurq" – "MKT Araz" matçında "MKT Araz " klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

10 mart 2015-ci il U-15 Liqasının "Qəbələ" – "İnter" matçının 5-ci dəqiqəsində "Qəbələ" klubunun 6 №-li futbolçusu Eldost Qiyasbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

10 mart 2015-ci il U-15 Liqasının "Simurq" – "Rəvan" matçında "Rəvan" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

10 mart 2015-ci il U-15 Liqasının "Fortuna" – "Şahdağ" matçının 57-ci dəqiqəsində "Şahdağ" klubunun 2 №-li futbolçusu İlkin Mirzəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 59-cu dəqiqəsində "Fortuna" klubunun 15 №-li futbolçusu Mirmalik Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 62-ci dəqiqəsində "Fortuna" klubunun 8 №-li futbolçusu Eltac Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

10 mart 2015-ci il U-15 Liqasının "Xəzər Lənkəran" – "Bakı" matçının 54-cü dəqiqəsində "Bakı" klubunun 23 №-li futbolçusu Nicat Mehbalıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

16 mart 2015-ci il U-14 Liqasının "Qəbələ" – "Neftçi" matçının 44-cü dəqiqəsində "Neftçi" klubunun 8 №-li futbolçusu Vüqar Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

8 mart 2015-ci il U-14 Liqasının "Təhsil"(Sumqayıt) – "Abşeron"(Xırdalan) matçında "Abşeron" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il U-14 Liqasının UGİM (Balakən) – "Simurq" PFK matçında UGİM klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

7 mart 2015-ci il U-14 Liqasının "Füzuli" (Füzüli) – "MKT-Araz" (İmişli) matçının 59-cu dəqiqəsində "MKT-Araz" klubunun 2 №-li futbolçusu İzzət Ələkbərli və "Füzuli" klubunun 5 №-li futbolçusu Kərim İbişov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər iki oyunçu 1 oyun cəzalanır (maddə 48).

7 mart 2015-ci il Coca Cola U-13 Liqasının "Sumqayıtspor" (Sumqayıt) – "Abşeron" (Xırdalan) matçında "Sumqayıtspor" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 56).

14 mart 2015-ci il Coca Cola U-13 Liqasının İOEUGİM (Sumqayıt) – "Sumqayıtspor" (Sumqayıt) matçında "Sumqayıtspor" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 56).

8 mart 2015-ci il Atena U-12 Liqasının İOEUGİM (Sumqayıt) – "Həkəri" (Sumqayıt) matçında "Həkəri" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

8 mart 2015-ci il Atena U-12 Liqasının "Təhsil" (Sumqayıt) – "Sumqayıtspor" (Sumqayıt) matçında "Sumqayıtspor" klubunun heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il Atena U-12 Liqasının "Xudafərin" (Cəbrayıl) – UGİM (Saatlı) matçının 48-ci dəqiqəsində UGİM klubunun 15 №-li futbolçusu Rəvan Süleymanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

8 mart 2015-ci il U-11 Liqasının RİOEUGİM – "Vətən" RİOEUG matçında RİOEUGİM klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

8 mart 2015-ci il U-10 Liqasının "Abşeron" (Xırdalan) – "Təhsil" (Sumqayıt) matçında "Abşeron" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il U-10 Liqasının "Daşqın" (Zaqatala) – "Viktoriya" (Zaqatala) matçında "Viktoriya" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə