Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Azərbaycan - Belçika oyunundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransında iştirak edib. SİA mütəxəssislərin fikirlərini nəzərinizə çatdırır:
Perez Moreno Gomez Faustino (Azərbaycan millisinin baş məşqçisi): Komandamı təbrik edirəm. İlk oyunlar həmişə çətin keçir. Amma bu gün komandam yaxşı oynadı. Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Tez-tez əvəzetmələr etməyim səbəbsiz deyildi. Çünki komandamın daim aqressiv, sürətli oynamasını istəyirəm. Bəzi futbolçularımız zədələrini yenicə bərpa ediblər. Onlar hələ tam hazır deyillər. Sabah bizi Danimarka yığması ilə oyun gözləyir. İlk növbədə gücümüzü bərpa etməliyik. Yalnız sabahkı görüşdən sonra qrup qalibi olmaq haqda düşünmək olar".
Alen Dopşi (Belçika millisinin baş məşqçisi): "Bu, bizim üçün vacib oyun idi. Azərbaycan millisi turnirin favoritidir və belə bir güclü rəqibə qarşı oynadıq. "Araz Naxçıvan"ın ötən il "Dördlər finalı"ndakı oyununu izləmişdim. Komanda məndə xoş təəssürat yaratmışdı. Doğrudur, Azərbaycan millisinin baş məşqçisi dəyişib. Amma komandanın oyununda ciddi dəyişiklik sezmədim. Komanda əvvəlki kimi yaxşı oyun nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB