Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı və rayon təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Novruz Kuboku" adlı futbol turniri keçirilib. SİA-nın xəbərinə görə, turnirdə rayonunun qəsəbələrini təmsil edən 16 komanda iştirak edib. Ümumi 144 gənci birləşdirən turnirin əsas məqsədi rayon gənclərinin düzgün və sağlam mühitdə formalaşmasını təmin etmək və istiqamətləndirməkdən ibarət olub.
Turnirdə iştirak edən komandalar qalibiyyət üçün mübarizə aparıblar. 4 turdan sonra 3 yer üzrə qaliblər müəyyənləşib. I yerə layiq görülən komandaya "Novruz" kuboku, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib. II və III yerə layiq görülən komandalara onların tutduqları yeri əks etdirən medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Kubokun mükafatlandırılma mərasimində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək vaxtilə Ümummilli Liderin hazırda isə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə, eləcə də idmana göstərdiyi diqqət və qayğısından söz açıb. O bildirib ki, görülənlərin nəticəsidir ki, Azərbaycan bu il ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramına - Bakı 2015 I Avropa Oyunlarına ev sahibliyi edəcək. Çıxışının sonunda Vüqar Seyidov qalib gəncləri təbrik edərək, onlara uğurlar arzu edib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB