Kaxaber Sxadadze: "Şansı gətirən komanda qalib gəldi"

Kaxaber Sxadadze: "Şansı gətirən komanda qalib gəldi"

Topaz Premyer Liqasının XXVI turuna "İnter Arena"da yekun vurulub. SİA-nın məlumatına görə, sonuncu oyunda "Qəbələ" səfərdə "İnter"i 2:1 hesabı ilə üstələyib. Matçdan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

Kaxaber Sxadadze ("İnter"in baş məşqçisi): "Qələbə münasibəti ilə "Qəbələ"ni təbrik edirəm. Düşünürəm ki, çox maraqlı, dinamik bir oyun alındı. Şansı gətirən komanda qalib gəldi".

Roman Qriqorçuk ("Qəbələ"nin baş məşqçisi): "Çox yaxşı gün oldu. Çox razıyam. Biz bu gün öz istədiyimiz futbola yaxın oyun sərgilədik".

Bütün xəbərlər Facebook səhifəmizdə