Riberi nə vaxt qayıdacaq?

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi məşqləri bərpa edib. "L`Equipe" internet nəşri xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi hələ ki indvidual proqramla çalışır.

Onun ayağında az miqdarda ağrıların müşahidə olunduğu deyilir. Riberinin çempionatın 26-cı turu çərçivəsində baş tutacaq "Borussia Monchengladbach"la oyunda meydana çıxması sual altındadır.

Qeyd edək ki, fransalı futbolçu Bundesliqanın 25-ci turunda keçrilən "Werder"lə matçı buraxmalı olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə