"Simurq" "Bakı"nı məğlub etdi

"Simurq" "Bakı"nı məğlub etdi

Topaz Premyer Liqasının XXVI turunun ilk oyunu başa çatıb. SİA-nın məlumatına görə, "Bakı" FK-nın təlim-məşq bazasının stadionunda paytaxtın eyniadlı klubu Zaqatalanın "Simurq" komandasını qəbul edib. Ömər Paşayevin idarə etdiyi matçda qonaqlar 3 cavabsız qolla qalib gəliblər. Qolları 3-cü və 75-ci dəqiqədə Samir Zərgərov və 40-cı dəqiqədə Draqan Çeran vurub.

18 mart

Topaz Premyer Liqası

XXVI tur

"Bakı" - "Simurq" 0:3

Qollar: Samir Zərgərov, 3 (0:1), Draqan Çeran, 40 (0:2), Samir Zərgərov, 75 (0:3)
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

Bütün xəbərlər Facebook səhifəmizdə