"Sumqayıt" FK xüsusi tipli internat məktəbini ziyarət edib

"Sumqayıt" FK xüsusi tipli internat məktəbini ziyarət edib

"Sumqayıt" futbol klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar "ilaxır çərşənbə" günü Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbini ziyarət edib. SİA-nın məlumatına görə, tədbirdə "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov, texniki direktor Frank Bernhardt, baş menecer Ceyhun Sultanov, A komandanın baş məşqçisi Aqil Məmmədov, klubun futbolçuları Vurğun Hüseynov və Bəxtiyar Həsənalızadə iştirak edib. Novruz bayramı ilə əlaqədar görüş zamanı uşaqlara klubun idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə