Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib

Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib

Pauerliftinq üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib. SİA-nın məlumatına görə, yarışda körpücük üzərinə 151 atlet çıxıb.
Güc strukturları arasında yarışda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları çempion olublar. Milli Təhlükəsizlik Nazirliyini təmsil edən idmançılar gümüş, Daxili İşlər Nazirliyi atletləri bürünc medala sahib olublar.
Qalib və mükafatçılara medal və diplomlar, eləcə də sponsorlar tərəfindən xüsusi hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə