Tərbiyə Müəssisəsində mini-futbol üzrə oyun keçirilib

Tərbiyə Müəssisəsində mini-futbol üzrə oyun keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş mini-futbol üzrə oyun keçirilib. SİA-nın məlumatına görə, görüşdə Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrindən ibarət "Gənclik" komandası qarşılaşıb.

Açılış mərasimində Tərbiyə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Araz Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın futbol növü üzrə koordinator-kuratoru Adil Ağayev, Baş İdarənin əməkdaşları Salman Əbdülov və Cəlil Əlizadə, həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Ağamir Ağamirov iştirakçıları bayram münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. Maraqlı və gərgin oyun şəraitində keçən qarşılaşmada 10:9 hesabı ilə Tərbiyə Müəssisəsinin komandası qalib gəlib.

Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilib, Tərbiyə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə