Şahmatçımızın Daşkənd uğuru davam edir

Şahmatçımızın Daşkənd uğuru davam edir

Daşkənddə keçirilən beynəlxalq qrossmeyster Qeorgiya Aqzamovun xatirəsinə həsr olunmuş 9-cu beynəlxalq şahmat turnirində 5-ci turun oyunları yekunlaşıb. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, təmsilçimiz Eltac Səfərli 5-ci turda Qazaxıstan şahmatçısı Murtas Kazqaleyev ilə xalları yarı bölüb. Beləliklə, 5 turdan sonra aktivinə 4,5 xal yazan Rusiya təmsilçisi Vladislav Artemiev turnirə liderlik edir. Eltac Səfərli də daxil olmaqla 11 şahmatçı liderdən yarım xal az toplayaraq 4 xalla 2-12-ci yerləri bölüşdürür.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilən turnir martın 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə