Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və UNICEF arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, imzalanma mərasimində gənclər və idman naziri, BAOƏK-in Baş icraçı direktoru Azad Rəhimov, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Marie-Pierre Poirier, BAOƏK-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq və digərləri iştirak ediblər.
Öncə Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş olunub.
A. Rəhimov müqavilənin əhəmiyyətindən danışıb. O, Azərbaycan əhalisinin 60 faizinin gənclər olduğunu, ölkəmizdə gənclərin inkişafı istiqamətində həmişə böyük işlər aparıldığını qeyd edib: "Azərbaycan gənclərinin inkişafı üçün hər cür şərait yaradılıb. Gənclərimiz onlara yaradılan şəraitdən yararlanaraq yüksək nəticələr əldə edirlər. Azərbaycanda gənclər sahəsinə xüsusi diqqət yeririlir. Ötən il öləmizdə BMT-nin Gənc Siyasətçilər Forumu keçirilib. Heydər Əliyev Fondu 400-dən çox məktəb inşa və təmir etdirib.
Bakı 2015 Avropa Oyunlarının böyük potensialı var. Bu potensial Azərbaycan xalqının mənafeyinə xidmət etməlidir. İdman gənclərin həyatına böyük töhfələr verə bilər".
Marie-Pierre Poirier Azərbaycanda olmaqdan məmnun olduğunu qeyd edib. O, ölkəmizdə uğurla aparılan gənclər siyasətinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Marie-Pierre Poirier Bakı 2015 Avropa Oyunlarının ölkəmiz və gənclərimiz üçün əhəmiyyətindən danışıb: "İdman ölkələrin dünyada tanınması üçün güclü vasitədir. I Avropa Oyunları Azərbaycanı qlobal miqyasda tanıdacaq. Oyunlardan sonra onun iqtisadi, sosial və mədəni irsini Azərbaycan xalqına yönəlmək lazımdır.
Bəzən əlilliyi olan uşaqlar idmandan təcrid olunmuş olurlar. Onların idmana qoşulması üçün müxtəlif şəraitlər yaradılmalıdır. Uşaqların hər biri üçün yarışlar əlçatan olmalıdır. Bu baxımdan Bakı 2015 Avropa Oyunları ilə UNICEF arasında tərəfdaşlıq müqaviləsi çox əhəmiyyətlidir. Uşaqlar və yeniyetmələr gələcəyimizdir".
Saymon Kleq BAOƏK ilə UNICEF arasında tərəfdaşlıq müqaviləsi imzalanmasından məmnun olduğunu deyib. O, bu müqavilə sayəsində BAOƏK-in UNICEF-lə birlikdə ölkə gənclərinə idman vasitəsilə həyat dəyişdirəcək imkanlar təqdim edəcəyini qeyd edib.
Daha sonra fiziki məhdudiyyətli gənclər, BMT-nin gənclərdən ibarət məşvərət şurasının təmsilçiləri Murad Məmmədov və Nuriyə Quliyeva çıxış edərək, əldə etdikləri uğurlar və ölkəmizdə əlilliyi olan gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Azad Rəhimov və Marie-Pierre Poirier tərəfdaşlıq barədə müaviləni imzalayıblar.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB