Kristian Karambö: "Bakıdakı şərait ecazkardır” AÇIQLAMA

Kristian Karambö: "Bakıdakı şərait ecazkardır” AÇIQLAMA

"Bakıda olduğuma görə çox şadam. Buradakı infrastrukturu gördüm. Bakıdakı şərait ecazkardır". SİA-nın məlumatına görə, bu sözləri tanınmış futbolçu, Fransa millisinin sabiq üzvü Kristian Karambö jurnalistlərə açıqlmasında deyib. O, Bakı-2015 Avropa Oyunlarına aparılan hazırlq prosesindən danışıb: "I Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə aparılır. Bakıya gələcək idmançılara hər cür şərait yaradılıb. Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi ilə söhbət etmişəm. O qeyd etdi ki, son aylarda böyük irəliləyişə nail olunub. Heyət daha yaxşı oynayır. İyunda bu heyətin oyununa azarkeşlər də böyük dəstək olacaq. O bildirdi ki, komandaya diqqət və qayğı yüksək səviyyədədir və yarışa ciddi hazırlaşırlar. Bakıya yenə gələcəyəm və əlimdən gələn köməkliyi edəcəyəm".

K. Karambö futbol üzrə Azərbaycan yığma komadasının baş məşqçisi Robert Prosineçki ilə söhbət etdiyini qeyd edib: "O, mənə dedi ki, burada istedadlı gənclər var və onlarla uğur qazanmaq olar. R. Prosineçki Azərbaycanda idmana göstərilən qayğıdan da məmnundur. Bildirdi ki, əsas məqsəd DÇ-2018-ə hazırlaşmaq və uğur qazanmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə