Triatlon yığmamız bu ilin ilk qələbəsini qazanıb FOTO

Triatlon yığmamız bu ilin ilk qələbəsini qazanıb FOTO

Triatlon üzrə Azərbaycan yığması bu ilin ilk qələbəsini qazanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Misirin Hurgada şəhərində keçirilən Açıq Afrika Kubokunda idmançımız Rostislav Pevstov qələbə qazanaraq ilk uğura imza atıb. R. Pevstov Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün öz aktivinə reytinq xalları yazıb.
Qeyd edək ki, bu, idmançımızın ilk uğuru deyil. Belə ki, triatlonçumuz ötən il Meksikada keçirilmiş Panamerika Kuboku, Çində Asiya Kuboku və Macarıstanda Dünya Kubokunun 2-cisi olub.
Yığmamızın digər üzvləri Aleksandr Yatsenko Açıq Afrika Kubokunda 6-cı, Kseniya Levkovskaya isə 10-cu yerə layıq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə