Kaxaber Sxadadze: "Yaxşı futbol sərgilədik"

Kaxaber Sxadadze: "Yaxşı futbol sərgilədik"

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "İnter" oyunu qonaqların 3^0 hesablı qələbəsi ilə başa çatıb və "İnter" adını yarımfinala yazdırıb. SİA-nın məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib:

Kaxaber Sxadadze ("İnter"in baş məşqçisi): "Komandamı təbrik edirəm. Bizim əsas məqsədimiz mərhələ adlamaq idi. Bunu bacardıq və şadıq. Oyuna gəldikdə, biz bu gün yaxşı mübarizə apardıq, çox yaxşı qolllar vurduq. Düşünürəm ki, yaxşı futbol sərgilədik".

Elbrus Məmmədov ("Xəzər Lənkəran"ın baş məşqçisi): "Tamaşaçıları meydançaya cəlb edən şəxslərə minnətdaram. Düşünürəm ki, futbolçular ümidləri doğrultmadılar. Gəncləşdirmə siyasəti həyata keçirildikdən bu yana ən pis oyunumuzu sərgilədik. Komandadan narazıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə