"Neftçi" və "Qarabağ" Azərbaycan Kubokunun 1/2 finalına vəsiqə qazandılar
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir. SİA-nın məlumatına görə, artıq iki oyun başa çatıb. "AZAL Arena" stadionunda baş tutan AZAL -"Neftçi" matçında qonaqlar minimal üstünlüklə qələbə qazanıblar. İnqilab Məmmədovun idarə etdiyi oyunda yeganə qolu 19-cu dəqiqədə Julius Vobay vurub.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçirilən "Bakı" - "Qarabağ" oyununda isə 5 qol vurulub. Onlardan 4-ü qonaq komandanın, 1-i isə meydan sahibinin aktivinə yazılıb. "Bakı"nın heyətində Mahir Mədətov (8-ci dəqiqə), "Qarabağ"ın heyətində isə Vüqar Nadirov (15, 59, 70-ci dəqiqələr) və Cavid Tağıyev (57-ci dəqiqə) fəqlənib. Qeyd edək ki, qarşılaşmanı Xəlil Xəlilov idarə edib.
Beləliklə, "Neftçi" və "Qarabağ" Azərbaycan Kubokunun 1/2 final mərhələsinə vəsiqə qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB