Velosiped həvəskarlarının nəzərinə!

Velosiped həvəskarlarının nəzərinə!

Martın 14-də Xocahəsən Veloparkında dağ velosipedi üzrə açıq Federasiya Kuboku yarışı keçiriləcək. SİA-nın məlumatına görə, Bakı-2015 ilk Avropa Oyunlarının MTB (dağ velosipedi) üzrə yarışlarını qəbul edəcək bu məkanda təşkil olunan mövsümün açılış turnirində peşəkar idmançılarla yanaşı, həvəskarlar da iştirak edib gücünü sınaya bilər.

İştirakçılar yığma məşqçilərinin diqqətini cəlb edib, Azərbaycan milli komandasının heyətinə düşmək sevincini yaşaya bilərlər.

Qeydiyyat prosesi martın 14-ü, səhər saat 10:00-da başlanacaq. Saat 11:00-da isə yarışa start veriləcək. Marşrutun uzunluğu 13,5 km-dir (3 dairə x 4,5 km).

Maraqlananlar (012) 566-74-88 nömrəli telefona zəng edib, federasiyanın idman şöbəsi ilə əlaqə saxlaya bilər!

Bütün xəbərlər Facebook səhifəmizdə