Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) prezidenti Fazil Qarayev vəzifəsindən istefa verib. ATFF-dən SİA-ya verilən məlumata görə, buna səbəb F. Qarayevin işlərinin çoxluğudur. Onun istefa ərizəsinə ATFF İcraiyyə Komitəsinin iclasında baxılacaq.
Qeyd edək ki, bu vəzifəyə Təhsil Nazirliyinin rəsmilərindən birinin namizədliyinin irəli sürülməsi gündəmdədir. Yeni namizədin kimliyi yaxın zamanlarda açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB