"Xəzər Lənkəran"ın akademiyanın həftəsi: üç oyun - 18:1

"Xəzər Lənkəran"ın akademiyanın həftəsi: üç oyun - 18:1

"Xəzər Lənkəran"ın U-17 komandası həftəyə qol şousu ilə start verib. SİA-nın məlumatına görə, "Kəpəzi" qəbul edən komanda 8:0 hesablı qələbəyə sevinib. Maraqlıdır ki, heyətin əksəriyyətini U-16 komandasının üzvləri təşkil edib. Vurulan qolların 7-nin müəllifi də məhz 16 yaşlılar olub. Bu qarşılaşmada İbrahim Qədirzadə və Kənan Səfərov het-triklə yadda qalıblar, Kamal Dənziyev və Kənan Sadıqov isə hərəyə bir dəfə fərqləniblər. "Xəzər Lənkəran" TV oyunun icmalını təqdim edir:

Növbəti gün isə U-15 darmadağınla yadda qalıb. Namiq Qarayevin komandası AZAL-ı 6:0 hesabı ilə məğlub edib. Bu görüşdə Peyman Səfərzadə və Nurlan Fərəcli dubl edib, Elməddin Əsədullayev və Tural Bayramov isə bir dəfə fərqlənib.

"Xəzər Lənkəran"ın U-16 komandası isə doğma meydanda "Turan"la qarşılaşıb. Bu matç da cənub təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:1. "Xəzər Lənkəran"ın heyətində Hikmət Nağıyev, Kənan Səfərov, Əli Qurbanov və millinin üzvü Yusif Həsənov fərqlənib.

"Xəzər Lənkəran" TV U-16 komandasının ötən tur "İnter"lə səfər qarşılaşmasında iki dəqiqədə məğlubiyyətdən qaçdığı oyunun süjetini təqdim edir. Bu oyunda qolları İbrahim Qədirzadə və Kənan Səfərov vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə