Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə "Kapital Bank" arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq və "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev iştirak edib.
Öncə Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş olunub.
S. Kleq "Kapital Bank"ın 8-ci - sonuncu rəsmi tərəfdaş kimi Bakı 2015 Avropa Oyunlarına qoşulduğunu bildirib: "Kapital Bank" Azərbaycan miqyasında nüfuzlu şirkətdir. Bank "Bakı 2015"in bütün məkanlarında ATM-lərini, Media və Atletlər Kəndində xarici valyutadəyişmə aparatlarını yerləşdirəcək. "Kapital Bank" I Avropa Oyunlarının tamaşaçıları, mətbuat nümyaəndələri və idmançıları üçün dəyərli xidmət təmin edəcək".
R. Allahverdiyev Bakı 2015 Avropa Oyunları ilə tərəfdaşlıq etməyin böyük fəxr olduğunu qeyd edib: "I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə dəstək olmaq üçün "Kapital Bank" bütün imkanlarını səfərbər edəcək. "Kapital Bank" idmanın inkişafı üçün həmişə müxtəlif layihələr həyata keçirib, bu istiqamətdə fəaliyyət göstərən bir neçə qurumu maliyyələşdirib".
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq və "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev rəsmi tərəfdaşlıq barədə müqaviləni imzalayıblar.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB