Şəhriyar Məmmədyarov “Reykyavik Open 2015”də liderlər sırasındadır

Şəhriyar Məmmədyarov “Reykyavik Open 2015”də liderlər sırasındadır

Martın 10-da İslandiyanın paytaxtı Reykyavik şəhərində start götürən "Reykyavik Open 2015" beynəlxalq şahmat turnirində 3-cü turun görüşləri başa çatıb. SİA-nın məlumatına görə, yarışda ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 3 oyundan 3 xal toplayaraq liderlər qrupunda yer alıb. Zeynəb Məmmədyayova isə sonuncu turda rəqibi Zbiqnev Paklezaya məğlub olaraq aktivinə 1.5 xal yazmağa müvəffəq olub. 4-cü turda Şəhriyar Məmmədyarov islandiyalı Hedinn Steygrimsonla, Zeynəb Məmmədyarova isə İspaniya təmsilçisi Damia Benet Morantla qarşılaşacaq.

Qeyd edək ki, yarış İsveçrə sistemi keçirilir və 10 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə