Elxan Məmmədov yığma komanda ilə görüşüb

Elxan Məmmədov yığma komanda ilə görüşüb

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, E. Məmmədov Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə