İbrahim Şehiç: "Qarabağ" klubu həyatımda yeni səhifə açdı"

İbrahim Şehiç: "Qarabağ" klubu həyatımda yeni səhifə açdı"

"Qarabağ" klubunun qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Hersoqovina yığmasına çağırılıb. SİA-nın məlumatına görə, 26 yaşlı qolkiper milliyə dəvət alması haqqında danışıb: "Təbii ki, milliyə dəvət almaq xoş bir duyğudur. Hər bir futbolçu ölkəsinin yığma komandasında çıxış etmək istəyər. Yenidən milli komandadakı dostlarımla eyni ab-havanı paylaşacağım üçün çox xoşbəxtəm. Təbii ki, milliyə çağırılmağımda "Qarabağ"ın uğurlu çıxışının az rolu olmayıb. Komandamızda millilərə dəvət alan futbolçuların çoxalması bunun göstəricisidir. "Qarabağ" klubu həyatımda yeni səhifə açdı. Ötən il çempion olduq, Avropa Liqası ilə şanssız şəkildə vidalaşdıq. "Qarabağ" ilə hələ 3 illik müqaviləm var. İnanıram ki, "Qarabağ"da nə qədər çox uğur qazansam, milliyə də yolum açıq olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə