Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib. SİA-nın məlumatına görə, "Çelsi" - PSJ ilə, "Bavariya" "Şaxtyor"la qarşılaşıb. "Çelsi" - PSJ oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk oyunda da bu hesab qeydə alındığına görə, qarşılaşmaya 30 dəqiqə əlavə olunub. Komandalar yenə də hərəyə bir dəfə fərqləniblər - 2:2. PSJ səfərdə 2 qol vurduğuna görə, 1/4 finala vəsiqə qazanıb.
"Bavariya" - "Şaxtyor" (Donetsk) matçında isə Almaniya klubu rəqibi darmadağın edərək 7 cavabsız qol vurub. İlk oyunda isə qol vurulmamışdı. Beləliklə, "Bavariya" adını 1/4 finala yazdırıb.
11 mart
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
"Çelsi" (İngiltərə) - PSJ (Fransa) 2:2
(İlk oyun - 1:1)
Qollar: Kehil, 81 (1:0), D.Luiz, 86 (1:1), Hazard, 96-pen (2:1), T.Silva, 114 (2:2)
Qırmızı vərəqə: Zlatan İbrahimoviç, 31 (PSJ)
"Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 7:0
Qollar: Müller, 4-pen (1:0), Boatenq, 34 (2:0), Riberi, 49 (3:0), Müller, 52 (4:0), Badştuber, 63 (5:0), Levandovski, 75 (6:0), Qötze, 88 (7:0)
Qırmızı vərəqə: Kuçer, 3 ("Bavariya")
(İlk oyun - 0:0)
10 mart
"Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) 4:0
Qol: Brahimi, 14, Herrera, 47, Kasemiro, 56, Abubakar, 76
(İlk oyun - 1:1)
"Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) 3:4
Qol: Fuks, 20 (0:1), Ronaldo, 25 (1:1), Huntelar, 40 (1:2), Ronaldo, 45+1 (2:2), Benzema, 53 (3:2), Sane, 57 (3:3), Huntelar, 89 (3:4)
(İlk oyun - 2:0)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB