“I Avropa Oyunları zamanı heç bir qadağa olmayacaq" AÇIQLAMA

“I Avropa Oyunları zamanı heç bir qadağa olmayacaq" AÇIQLAMA

Gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o, I Avropa Oyunları zamanı toy və yas mərasimlərinin məhdudlaşdırılmayacağını bildirib: "I Avropa Oyunları zamanı toy və yas mərasimlərinin keçirilməsinə heç bir qadağa qoyulmayacaq. Toy mərasimləri və avtomobillərin hərəkəti məhdudlaşdırılmayacaq. Mən özüm həmin ərəfədə toya dəvətliyəm. Allah eləməsin ki, kiminsə itkisi olsun. Ancaq dünyasını dəyişən olsa, yas mərasimi keçirilə, çadır qurula bilər".

A. Rəhimov Bakı Olimpiya Stadionunda heç bir problemin olmadığını, bu xəbərləri yayanların Azərbaycanın təşkil etdiyi möhtəşəm tədbirlərə kölgə salmaq istədiklərini qeyd edib: "Stadion təhvil alınmamışdan öncə müvafiq dövlət qurumları tərəfindən hərtərəfli yoxlanılıb. Hazırda arenada elektrik xətləri çəkilir. Çökmə olsaydı, kabellər də çəkilməzdi. Orada yüzlərlə insan işləyir. Belə bir şey olsaydı, nə əcnəbilər, nə də yerli insanlar orada çalışmazdılar. Bütün bu barədə deyilənlər şayiədir".

Bütün xəbərlər Facebook səhifəmizdə