FHN-nin kursantlarından yüksək nəticə

FHN-nin kursantlarından yüksək nəticə

Martın 10-da "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantları yüksək nəticələr əldə ediblər. SİA-nın xəbərinə görə, idman cüdo növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Ülvi Sadıqzadə 81 kq çəki dərəcəsində çempion olub, Emil Hüseynli isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə