"Qarabağ" klubu cavab görüşünə hazırlaşır

"Qarabağ" klubu cavab görüşünə hazırlaşır

Futbol üzrə ölkə kubokunun ¼ final mərhələsində "Bakı" ilə cavab görüşünə çıxacaq "Qarabağ" klubu hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, komanda günə bir məşqlə kifayətlənir. Hazırlıq "Qarabağ"ın bazasında keçirilir.

Qeyd edək ki, martın 13-də, "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq

Xatırladaq ki, ilk oyunda "Qarabağ" 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə