“Xəzər Lənkəran” məşqlərini bərpa edib

“Xəzər Lənkəran” məşqlərini bərpa edib

Topaz Premyer Liqasının XXV turundan sonra bir günlük istirahətə buraxılan "Xəzər Lənkəran" dünən Lənkəranda toplanıb. SİA-nın məlumatına görə, komanda saat 16:00-da Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxaraq Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununun hazırlığına start verib. Antalya toplanışı çərçivəsində yoxlama oyununda ciddi zədə alan müdafiəçi Ruslan Cəfərov fərdi məşqlərə başlayıb.

Xatırladaq ki, mart ayının 13-də Azərbaycan Kuboku çərçivəsində "Xəzər Lənkəran" Bakının " İnter" klubunu qonaq edəcək. Saat 17:00-da start götürəcək matç "Xəzər Lənkəran" TV ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə