Aprelin 20-də və 27-də Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün iki günlük seminar təşkil olunacaq. SİA-nın məlumatına görə, məşğələlər ispaniyalı mütəxəssis Viktor Migel Fernandez tərəfindən keçiriləcək.
Seminarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Tərcümeyi-hal
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Həftənin I-V günləri saat 09:00-dan 18:00-dək müraciət etmək olar.
Qeyd edək ki, seminarda iştirak ödənişsizdir. Sənədlər aprelin 3-dək qəbul olunur. Sənədləri qaydasında olan ilk 40 nəfər məşqçi seminarda iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB