Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, "Futbol dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Mikayıl Nərimanoğluna təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, Ə. Amaşov M. Nərimanoğlunu 50 illik yubileyi münasibəti ilə təbrik edib, ona cansağlığı, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
M. Nərimanoğlu 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün", "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti" və digər mətbuat orqanlarında yazıları dərc olunub.
Hazırda AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi, "Futbol dünyası" qəzetinin baş redaktorudur. 2010-cu ildən Azərbaycan Respublikasının Əməkdar Jurnalistidir.
"Səs" Media Qrupun kollektivi də Əməkdar jurnalisti təbrik edir, ona daha böyük müvəffəqiyyətlər arzulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB