Bu gün Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq qrossmeyster Qeorgiya Aqzamovun xatirəsinə həsr olunmuş 9-cu beynəlxalq şahmat turniri start götürəcək. SİA-nın məlumatına görə, turnirdə 11 ölkədən 13-ü beynəlxalq qrossmeyster olmaqla, 81 şahmatçı mübarizə aparacaq. Yarışda ölkəmizi beynəlxalq qrossmeyster Eltac Səfərli təmsil edəcək. İsveçrə sistemi ilə keçiriləcək turnir 9 turdan ibarət olacaq. Yarış martın 20-də başa çatacaq. Turnirin ümummi mükafat fondu 20.000 ABŞ dolları təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB