Namiq Əliyev: "Tezliklə əvvəlki Toğrul Əsgərovu görəcəksiniz” AÇIQLAMA
"Toğrul Əsgərovun Minskdə keçirilən turnirdəki çıxışından razı qaldım. Sadəcə, yüngül zədəsi olduğuna görə yarışları davam etdirməsini lazım bilmədik". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev deyib. O, T. Əsgərovun I Avropa Oyunlarında ümidləri doğruldacağını qeyd edib: "T. Əsgərovun öz işinə münasibəti bizi sevindirir, O, əsl peşəkardır. Əminəm ki, Avropa Oyunlarında ümidlərimizi doğruldacaq. Tezliklə əvvəlki Toğrul Əsgərovu görəcəksiniz".
N. Əliyev qadın güləşçilərimizin bu yaxınlarda Sankt-Peterburqda keçirilmiş Dünya Kuboku yarışlarındakı çıxışını da dəyərləndirib: "Düzü, nəticə bizi məyus etdi. Çünki daha yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Sadəcə, hakimlərin kobud səhvləri finala qədər irəliləməyimizə imkan vermədi. Qeyd edim ki, 2 hakim etdiyi səhvə görə yarışlardan kənarlaşdırıldı. Amma bu, heç nəyi dəyişmir. Yekunda məğlubiyyətlə barışmalı olduq. Ümumilikdə, qadın güləşçilərimizin çıxışından razıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB