Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən (BGF) 2014-cü ildə fərqlənən üzv federasiyalar arasında 3-cü yerə layiq görülüb. SİA-nın məlumatına görə, bu qərar 2015-ci il fevral ayının sonunda BGF-nin Lozanna (İsveçrə) şəhərində yerləşən baş ofisində İcraiyyə Komitəsinin növbəti iclasında qəbul edilib.
Mükafata layiq görülən ölkələr sırasına Belarus (1), Bolqarıstan (2), Rusiya (4) və Çin (5) də daxildir. Fərqlənən federasiyalara BGF tərəfindən pul mükafatı təqdim olunacaq (1-ci yerə 15000, 2-ci yerə 12500, 3-cü yerə 10000, 4-cü yerə 7500, 5-ci yerə 5000 İsveçrə frankı).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB