Sonuncu çempion "Qarabağ" klubu Topaz Premyer Liqasının XXV turunda "Xəzər Lənkəran"ı məğlub edib - 1:0. SİA-nın məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:
Elbrus Məmmədov ("Xəzər Lənkəran"ın baş məşqçisi): "Qarabağ"a qarşı oynadığımızı nəzərə alsaq, futbolçulardan razı qaldım. İkinci hissədə bir qədər problem oldu. Ona görə də qol buraxdıq. "Qarabağ"la bağlı xoş sözlər demək olar. Rəqib Azərbaycanın ən güclü komandasıdır. "Qarabağ"da boşluqlar tapmaq çox çətindir".
Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): "Düşünürəm ki, çempionatda ən vacib 3 xalı qazandıq. "Xəzər Lənkəran" çox istəklidir və sərbəst oynayır. Bütün bunlara baxmayaraq, 3 xal əldə etdik. "Xəzər Lənkəran" isə böyük perspektiv vəd edir. Məncə, bütün komandalar üçün "Xəzər Lənkəran"la oyun çətin keçəcək. Çünki "Xəzər Lənkəran" öz oyununu tapıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB