Tərlan Əhmədov: "İlk dəfə idi ki, oyuna görə bu qədər narahat idim"

Tərlan Əhmədov: "İlk dəfə idi ki, oyuna görə bu qədər narahat idim"

Topaz Premyer Liqasının XXV turu AZAL üçün uğurlu alınıb. SİA-nın məlumatına görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda "AZAL Arena"da "Bakı"nı 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Açığı, ilk dəfə idi ki, oyuna görə bu qədər narahat idim. Çünki bu tip oyunlara komandanı kökləmək çox çətin olur. İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissədə isə toparlanıb, qələbə qazandıq. "Bakı" ilə oyunu unudub, "Neftçi" ilə kubokun cavab qarşılaşmasına hazırlaşmalıyıq. Rəşad Abdullayev oyunda qırmızı vərəqə aldı. Hər halda, yan xətt hakimi bunu dəqiq gördü. Rəşad bu hərəkəti etməməli idi. Əgər Rəşad qırmızı vərəqə aldısa, burada hakimin günahı yoxdur, futbolçunun günahı var".

İbrahim Uzunca ("Bakı"nın baş məşqçisi): "İlk hissədə şanslarımız vardı. Amma yararlana bilmədik. Qırmızı vərəqə aldıqdan sonra məğlub olduq. Gənc oyunçuları əvəzedicidən gətirmişik. Bir səhv futbolçuların həvəsdən düşməsinə səbəb olur. Bütün bunlara baxmayaq, mən oyunçularımı təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə